Skip to content Skip to sidebar Skip to footer

Antalyada nə gəzirsiniz?

Artıq yol geridə qaldı. Antalyadasınız. Təbii gözəlliklər və tarixi abidələrlə zəngin bir şəhərlə üz-üzəsiniz. Növbəti addımınız necə olacaq?

Bu möhtəşəm şəhəri kəşf etməyə haradan başlayacağınızı bilmirsiniz?

Məqaləmiz sizin üçündür. Antalyada hər bir səyahət həvəskarının marağını cəlb edəcək məkan tapılar. Nə axtardığınızdan asılıdır.

Sakit gözəllik axtaranlar üçün

Şəhərin ən tanınmış turistik yerlərdən biri Düdən şəlaləsidir. Bu təbii möcüzənin mənzərəsi heyrətamizdir. Şəlalənin ətrafındakı yaşıllığın gözəlliyi birbaşa ziyarətçilərin ruhuna xitab edir. Səs küydən qaçan və sükunət axtarışında olanlar üçün daha uğurlu seçim təsəvvür etmək mümkün deyil.


         Tarixi abidələrlə maraqlananlar üçün

Antalyanın tarixi bölgəsi olan Kaleiçi şəhərin qədim qalalarını, dar küçələrini və Osmanlı dövrünə aid evlərini kəşf etmək üçün ideal bir məkandır. Burada ziyarətçilər həm də müxtəlif muzeylərə və sənət qalereyalarına baş çəkə bilərlər. Kaleiçi restoranları və kafe mədəniyyəti ilə də məşhurdur.

         Sahil sevənlər üçün

Konyaaltı çimərliyi isə dəniz sevənlər üçün doğru seçimdir. Çoxsaylı restoranlar və su idmanı imkanları ilə bu sahil turistlər həm istirahət, həm əyləncə təklif edir. Çimərlik ətrafında yerləşən otellər və kafelər də yüksək keyfiyyətli xidmət təqdim edir.

Uşaqlarla səyahət edənlər üçün

Əgər Antalyada uşaqlarınızla maraqlı vaxt keçirmək istəyirsinizsə, Antalya Akvariumuna baş çəkin! Bu müasir akvariumda dünyanın dörd bir yanından gətirilmiş müxtəlif dəniz canlılarını, o cümlədən köpəkbalıqları, skatlar və tropik balıqları görə bilərsiniz. Avropanın ikinci, dünyanın isə beşinci ən böyük akvariumu olan bu yerin ən maraqlı hissəsi sualtı səyahət effekti yaradan 131 metr uzunluğunda və 3 metr enindəki tunel akvariumudur. Altalyanı kəşf etmək üçün sərfəli səyahət təkliflərini STİ Travel komansı sizə təqdim edir.

Leave a comment

Contact Info

Copyright © 2025 STI Travel.

Contact Info

  +994 12 498 0880

   info@sti.az

Office 1
Office 2