ISIC – Beynəlxalq Tələbə Kartı
ISIC (International Student Identity Card) – dünyada tələbə statusunu təsdiqləyən yeganə beynəlxalq tələbə kartı artıq Azərbaycandadır!
Azərbaycanda təhsil alan məktəbli və tələbələr rəqəmsal ISIC beynəlxalq tələbə kartını Azərbaycan üzrə rəsmi nümayəndə olan STI Travel şirkəti vasitəsilə əldə edə bilərlər. İndi siz də, dünyanın istənilən nöqtəsində öz tələbə statusunuzu tanıda, minlərlə endirimdən və fürsətdən yararlana bilərsiz!
ISIC nədir?
ISIC – dünyada tələbə statusunu rəsmi şəkildə təsdiqləyən yeganə beynəlxalq tələbə kartıdır. 1953-cü ildən təqdim olunan bu kart UNESCO tərəfindən tanınır və Azərbaycan daxil olmaqla, 135-dən çox ölkədə istifadə olunur. Tələbələrə təhsil, səyahət, alış-veriş və əyləncə sahələrində 150,000+ fərqli endirimlər təqdim edir.
Kartı kimlər əldə edə bilər?
ISIC kartını 12 yaş üzəri bütün şagird və tələbələr əldə edə bilər.
• Məktəb şagirdləri (12 yaşdan yuxarı)
• Peşə liseyi və kollec tələbələri
• Universitet tələbələri (bakalavr, magistr, doktorantura)
• Əyani və qiyabi təhsil alanlar
Kartı kimlər əldə edə bilər?
ISIC kartını 12 yaş üzəri bütün şagird və tələbələr əldə edə bilər.
• Məktəb şagirdləri (12 yaşdan yuxarı)
• Peşə liseyi və kollec tələbələri
• Universitet tələbələri (bakalavr, magistr, doktorantura)
• Əyani və qiyabi təhsil alanlar
Kartı necə əldə etmək olar?
ISIC kartını almaq çox sadədir! Sadəcə aşağıdakı sənədlərlə bizimlə əlaqə saxla və rəqəmsal ISIC kartını elə həmin gün əldə et!
📄 Lazım olan sənədlər:
• Tələbə statusunu təsdiqləyən sənəd (tələbə bileti və ya universitetdən arayış)
• Şəxsiyyət vəsiqəsi
• Elektron 3×4 ölçüdə şəkil
• Aktiv elektron poçt adresi
💳 Kartın qiyməti: 15 AZN
📆 Etibarlılıq müddəti: 1 il
📞 Müraciət üçün əlaqə:
📱 Əlaqə nömrəsi: +994 10 256 17 37
📧 Email: isic@sti.az
