Yuxarı Aşağı
dəyişmək Azərbaycan dili
dəyişmək currency_
Bağla
Phone +994 12 594 90 99
Sifarişi yoxla Qeydiyyat
Валюта поиска и оплаты
EUR
currency_EUR
USD
currency_USD
RUB
currency_RUB
AZN
Azərbaycan manatı

Turlar

BAKI – LƏNKƏRAN – BAKI

Müddəti: 1-2 gün, Məsafə: 315 km, Fəsillər: bütün il boyu.

Bu gəzintidə iştirak etməklə siz gözəl təbiət və zəngin ekskursiya proqramındna həzz alacaqsınız. Proqrama əsasən siz regionun ən səfalı güşələrindən olan Xanlıq meşəçiliyində balıq ovuna, Xanbulançay su anbarına, qədim məscidin yerləşdiyi Mamuşta kəndinə gedəcək, Azərbaycan kənd adət-ənənələrinə uyğun ailənin qonağı olacaq, çay plantasiyalarına səyahət edəcəksiniz.

Lənkəranda gəzinti:

Orta əsr qalalarının qalıqları, Balabur tarix müzeyi (əvvəllər Talış xanı (19-cu əsrin sonu) Mir Əhmədin mənzili olmuşdur); əvvəllər həbsxana olmuş (1747-1869) Zindan dairəvi qalası;  İsa Xanın mənzili (20-ci əsrin əvvəlləri); Kiçikqala Məscidi(19-cu əsr); Güldəstə minarəsi; Hacı Mirzə hamamı; rus otodoks kilsəsi; general-mayor Həzi Aslanovun ev muzeyi və abidəsi; Lənkərançay üzərindən keçən qədim körpü, Lənkərançay üzərindən digər dəmir körpü (1945); qədim “Hacı Novruzəli” məscidi (19-cu əsr); idman olimpiya kompleksi (2003); Hirkan ərazisindəki çay plantasiyaları; İstisu termal mineral suları; su anbarı və Xanbulan dağ oyuğu, axreoloji qazıntılar aparılan Xanbulan daşları (e.ə. II əsrin sonu I əsrin əvvəli).

Gəzintinin qiymətinə daxildir: nəqliyyat xidməti, bələdçilik xidməti, muzeylərə giriş haqları, hər bir şəxs üçün 0.5 litr içməli su.

sti-mail__feedback__title

sti-mail__feedback__title_secondary