Yuxarı Aşağı
dəyişmək Azərbaycan dili
dəyişmək currency_
Bağla
Phone +994 12 594 90 99
Sifarişi yoxla Qeydiyyat
Валюта поиска и оплаты
EUR
currency_EUR
USD
currency_USD
RUB
currency_RUB
AZN
Azərbaycan manatı

Programlar

Magistratura

Magistr (lat. magistr - müəllim) - magistraturanı bitirən tələbələrin qazandığı akademik dərəcə.

Magistratura – bakalavriat dərəcəsindən sonra gələn və ixtisaslaşmanın dərinləşməsi üçün lazım olan ali təhsilin professional pilləsidir.

Magistratura pilləsi seçilmiş istiqamətdə tələbələrə daha dərin nəzəri biliklər və elmi-tədqiqatlar aparma bacarıqlarını inkişaf etdirir.

Qərbi-Avropa və ABŞ-da müxtəlif magistratura dərəcəri mövcuddur, məsələn:

Master of Arts, M.A. (incəsənət üzdə magistr) – humanitat elm sahələrinə aiddir;

Master of Science, M.Sc. (təbiət elmləri üzrə magistr) – dəqiq və təbiət elmləri;

Master of Business Administration, MBA (biznesin idarəedilməsi üzrə magistr);

Legum Master (Master of Law), LLM (hüquq üzrə magistr);

Master of Public Administration, MPA (dövlət idarəetməsi üzrə magistr);

Master of Financial Technical Analysis, MFTA (maliyyə texniki analiz üzrə magistr);

Master of Engineering, M.Eng. və ya Master of Applied Science, M.A.Sc. ( texnologiya üzrə magistr, 2014-cü ildən – mühəndislik üzdə masgistr);

Master of Divinity, M.Div. (ilahiyyat üzrə magistr);

Master of Theology, M.Th.(dinşünaslıq üzrə magistr);

Master of Social Work (sosial iş üzrə magistr).

 

Şimali Amerika və Avropa ölkələrində bakalavr məzunları əksər hallarda magistratura təhsili almırlar, çünki bakalavr təhsili tam ali təhsil kimi qəbul olunur. O tələbələr magistratura təhsili almağa can atır ki, elmi-tədqiqat və pedoqoji fəaliyyətlə (universitetlərdə) məşğul olmağı planlayır.

Şimali Amerikada magistr təhsili Avropaya nisbətən daha uzunmüddətlidir (1 ilə qarşılıq 2 il), belə ki, yekun işdən əlavə, lazımi sayda kursların keçirilməsi müvafiq olaraq əlavə kreditlərin qazanılması tələb olunur.

 

M.A.Sc. və M.Eng. dərəcələri arasındakı fərqlər

Hər iki fakültə universitetlərdə mühəndislik fakültəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. M.A.Sc. dərəcəsi almaq üçün daha çox akademik fokuslanma və tam magistr dissertasiyası müdafiəsini tələb edir ki, bu da onu M.Sc. dərəcəsinə yaxınlaşdırır. M.Eng. dərəcəsi isə daha çox praktiki, eksperimental fokuslanma tələb edir. Burada dissertasiyanı hər hansı layihələr əvəz edə bilər.

Bütün proqramlar

sti-mail__feedback__title

sti-mail__feedback__title_secondary