16.08.2016
A-Level
A-Level universitet öncəsi hazırlıq proqramı olmaqla, xarici universitetlərə qəbul olmağa hazırlaşan yerli məktəblərin 9-cu sinfi bitirmiş şagirdləri arasında kifayət qədər məşhurdur.
A-Level nədir?
A-Level – Britaniya təhsil sistemi tərəfindən qəbul edilmiş və tam orta təhsil haqqında attestat verən 2 illik proqramdır. Yəni, bu mərhələdən dərhal sonra ali təhsilin birinci dərəcəsini almaq üçün (bakalavriat) universitetə daxil olma şansı əldə edirsiniz.
A-Level-in əsas məqsədi tələbələrin universitet təhsili almasına hazırlanmasıdır. Tələbənin bilik və bacarıqları A-Level çərçivəsində əldə etdiyi imtahan nəticələrinə əsasən ali məktəblərin qəbul kommisiyası tərəfindən qiymətləndirilir və onun müəssisələrə qəbulu haqqında qərar qəbul edir.
İngiltərə universitetlərinə qəbul haqqında təlimatlar
A-Level-in strukturu
A-Level proqramı özündə 45 fənni birləşdirir. Hər bir tələbə bu fənlərdən 3-6-sını seçir. Onlar bu fənlərin seçiməsinə xüsusi diqqət yetirməlidirlər, çünki bu fənlər onların gələcək universitet ixtisaslaşmasına uyğun gəlməlidir. Təklif olunan fənlər arasında riyaziyyat, fizika, kimya, biologiya, iqtisadiyyat, mühasibat uçotu, ali riyaziyyat, biznes,ingilis ədəbiyyatı, məntiq, psixologiya və digərləri mövcuddur.
Universitet təhsilini hələ hansı istiqamətdə almaq istədiyini müəyyənləşdirməmiş tələbələrə ya klassik fənləri, yaxud da daha bacarıqlı olduqları fənləri seçmək tövsiyyə olunur.
A-Level akademik proqramı hər biri 1 il davam edən 2 hissədən ibarətdir. Proqram seçilmiş fənlər və ingilis dilinin tədrisindən ibarət olan 20-25 saatlıq dərs yükü təklif edir. Təhsilin 1-ci ilindən sonra tələbələr As-Level, 2-ci ilinin sonunda isə A2-Level dərəcəsi alırlar. Proqramın tam keçilməsindən sonra isə tələbələr A-Level diplomu almaq üçün imtahan verirlər.
İmtahan nəticələrinə əsasən hər fənn üçün bal müəyyənləşdirilir. Bununla da, A-B-C-D-E sistemində qiymətlər tətbiq olunur (burada A-ən yüksək,E-ən aşağı qiymətdir). Qiymətləri A+ olan tələbələr ən yüksək universitetlərə qəbul olurlar.
Universitetə qəbul üçün tələbənin sənədləri arasında onun A-Level diplomu və imtahan nəticələri olduqca vacib kriteriya hesab olunur. Belə ki,tibb və ya hüquq üzrə təhsil almaq istəyən tələbələr imtahandan yüksək bal almalıdırlar.
A-Level diplomu tələbələrin biliklərini sübut edir və yalnız Britaniyada deyil, bütün dünyada tanınır. Məsələn: Avstraliya, Yeni Zellandiya, İrlandiya.
A-Level, yoxsa International Baccalaureate?
A-Level proqramının spesifik xüsusiyyətləri
Yuxarıda göstərilmiş A-Level proqramı klassik proqramdır və tələbələrin əksəriyyəti burada təhsil alır. Lakin A-Level proqramının özünəməxsusluğu da vardır.
Məsələn, A-Level-də bəzi təhsil mərkəzləri müddəti 1 il olan endirimli proqramlar təklif edir. Bu növ proqramlara adətən ingilis dili biliyi yaxşı olan və məktəbi əla qiymətlərlə başa vurmuş bacarıqlı tələbələr qəbul edilir.
A-Level-də təhsil müddətini azaltmağın digər yolları da vardır. Belə ki, bəzi universitetlər tələbələri proqramın 1 illik hissəsini başa vurduqdan sonra aldığı As-Level dərəcəsinə əsasən qəbul edir. Doğrudur, bu bütün universitetlərə şamil edilmir və tələbə imtahanlardan yüksək bal aldığı hallarda mümkündür.
A-Level proqramına necə qəbul olmalı?
A-Level proqramları müxtəlif təhsil mərkəzləri, məktəblər və kolleclər üçün təklif olunur.
A-Level proqramına qəbul olmaq üçün tələbə aşağıdakı tələblərə cavab verməlidir:
Proqrama qeydiyyat üçün tələb olunan sənədləri təhsil müəssisəsi vasitəsilə təqdim etmək lazımdır.
A-Level diplomunu əldə etdikdən sonra nə etməli?
İmtahan nəticələrini və A-Level diplomunu aldıqdan sonra tələbə bir və ya bir neçə universitetə sənədlərini təqdim edə bilər.
Ölkədən və onların qəbul şərtlərindən asılı olaraq, sənədlərin qəbul forması dəyişə bilər. Məsələn, İngiltərədə tələbələr sənədlərini birbaşa təhsil müəssisəsinə və ya mərkəzi sistem vasitəsilə təqdim edə bilərlər (UCAS).
Bundan əlavə, hər universitetin A-Level imtahan nəticələrinə dair özünəməxsus tələbləri mövcuddur. Bəzi universitetlər nəticələri A-dan aşağı olmayan tələbələri qəbul etmədiyi halda, digər universitetlər üçün bu göstərici C-dir.
sti-mail__feedback__title_secondary