Yuxarı Aşağı
dəyişmək Azərbaycan dili
dəyişmək currency_
Bağla
Phone +99412 498 08 80
Sifarişi yoxla Qeydiyyat
Валюта поиска и оплаты
EUR
currency_EUR
USD
currency_USD
RUB
currency_RUB
AZN
Azərbaycan manatı

FAQ (AZ)

Qeydiyyatdan necə keçmək olur?

STI Azerbaijan saytında qeydiyyatdan keçmək üçün sağ yuxarı küncdə yerləşən “Qeydiyyat” bölməsinə daxil olmaq lazımdır.

Daha sonra açılmış “Qeydiyyat” pəncərəsinə tələb olunan məlumatları (cari elektron poçt ünvanı və şifrə) daxil etməlisiniz.


Bundan sonra sizin qeydiyyatdan uğurla keçməyiniz barədə göstərilmiş elektron poçt ünvanında bildiriş alacaqsınız.



Sifariş zamanı sərnişinin ad və soyadını necə düzgün doldurmalı?

Əgər siz aviabileti  ümumvətəndaş pasportu vasitəsilə alırsınızsa, o zaman ad və soyadınızı sənədinizdə göstərilmiş şəkildə daxil edin (latın əlifbası hərfləri ilə). 


Ad və soyadımı daxil edərkən səhvə yol verdiyim halda nə etməli?

Siz ad və soyadınızı daxil edərkən 3 dəfədən çox olmayaraq səhvə yol verə bilərsiniz, o şərtlə ki, səhvlər səslənmə və məzmunda hər hansı dəyişikliyə səbəb olmasın. Əgər səhvlərin sayı 3-dən çox olarsa (məsələn, 4 və daha çox), o zaman siz qeydiyyat və uçuş reysi ilə bağlı  problem yaşayacaqsınız. Hər ehtimala qarşı, əgər siz məlumatları daxil edərkən səhvə yol vermisinizsə, sizə sifariş məlumatlarının düzəldilməsi üçün dəstək xidmətinə yaxınlaşmağınız tövsiyə olunur (xidmət ödənişli ola bilər).

 


Aviabiletlərin dəyəri dedikdə nə nəzərdə tutulur?

Bütün hallarda bütün növ vergi və ödənişlər saytımızdan əldə ediyiniz bir böyük sərnişin biletinin dəyərinə daxildir. Bir neçə sərnişin üçün bilet alarkən satınalmadan əvvəl  sifarişin rəsmiləşdirilməsi səhifəsində sifariş olunan  bütün sərnişin biletlərinin cəmlənmiş  qiyməti göstərilir.

Sizin maliyyə təchizatçısının vayutası kartınızda olan valyutadan fərqli olduğu halda diqqətli olun. Bu zaman məbləğ sizin hesabınıza xarici valyuta kursuna əsasən köçürülsə də, sizin bankınız bu məbləği hesabınızdan öz daxili valyuta kursuna əsasən çıxa bilər. Zəhmət olmasa, bankınızın müştəri xidmətləri vasitəsilə bu məlumatı dəqiqləşdirin.

Diqqət edin ki, əksər aviaşirkətlər (məsələn, AviaBaltik)  uçuşa qeydiyyatdan keçərkən yük üçün əlavə ödəmə tələb edir.


Biletdə sərnişinin ad və soyadının dəyişdirilməsi

Sti.az saytında aviabiletlərin satışı qaydalarına uyğun olaraq, elektron biletlərdə sərnişinlərin ad və soyadı dəyişdirilə bilməz. Biletlər başqa şəxslərə satıla bilməz, belə ki,yazılmış biletlərdə sərnişinlərin ad və soyadlarının dəyişdirilməsi buna səbəb ola bilər. Biletdə edilən istənilən dəyişiklik onların ləğvinə səbəb ola bilər, biletin qaytarılması isə yalnız seçilmiş tarifin dəyişdirilməsi qaydalarına uyğun olaraq həyata keçirilə bilər.

Yazılmış biletdə sərnişinin ad və soyadında onun məzmunu və səslənməsində hər hansı dəyişikliyə səbəb olmadığı halda, sayı 3-dən çox olmamaq şərti ilə səhvlərin edilməsi yolveriləndir.

Transliterasiya səhvləri kritik səhvlər hesab olunmur.


Aviabiletlərin alınması prosesi necə həyata keçirilir?

Siz aviabiletləri sti.az saytı vasitəsilə 5 dəqiqədən qısa müddətdə sifariş edə və satın ala bilərsiniz.

Bunun üçün sizə lazımdır:

  1. Aviabiletlərin axtarışı bölməsini doldurmaq;
  2. Axtarışın nəticələrinə əsasən uyğun uçuşu seçmək;
  3. Ön sifarişi vermək;
  4. Sifariş etmək və bank kartı vasitəsilə ödənişi həyata keçirmək.

Sifariş verilməsi tamamlandıqdan sonra elektron poçt ünvanınızda uğurlu satınalma həyata keçirdiyiniz barədə içərisində marşrut xətlərini əks etdirən sənədi endirmək üçün link olan məktub-bildiriş alacaqsınız.


Ödənilməmiş sifarişdə dəyişikliklər edilməsi

Əgər siz satınalmanı həyata keçirərkən ödənişə qədərki müddətdə məlumatların daxil edilməsi zamanı hər hansısa səhvə yox vermisinizsə, məsələn, sərnişinin ad və ya soyadının, sifariş vaxtının yanlış daxil edilməsi və ya yanlış reysin seçilməsi kimi hallar baş vermişdirsə, bu mərhələdə hər hansı dəyişilikliyin həyata keçirilməsi mümkünsüzdür.

Siz alıcının  şəxsi profilində  ödənilməmiş sifarişi ləğv etməli,satınalmanı yenidən həyata keçirməlisiniz. Yalnız başlanğıc tarifə uyğun seçilmiş reysdə boş yer olduğu halda sifariş əvvəlki ilə eyni qiymətə uyğun baş tutacaqdır. Əgər yer yoxdursa, sistem sizə seçilmiş reysdə mümkün ola biləcək növbəti qiyməti təklif edəcəkdir.


Sərnişinlərə hər hansı məhdudiyyətlər tətbiq olunurmu?

Aviaşirkətin qayda və tələbləri ilə tanış olarkən, sərnişin qaydaları haqqında ətraflı məlumat almaq vacibdir, belə ki, sti.az vasitəsilə biletlərin sifarişində sərnişinlərə müəyyən məhdudiyyətlər tətbiq edilir.

Aşağıda göstərilən kateqoriyalar üzrə sərnişinlər bilet sifarişlərini yalnız aviaşirkətlərin ofislərində həyata keçirə bilərlər:

  • Azyaşlı kimsəsiz uşaqlar;
  • Sərbəst hərəkət edə bilməyən sərnişinlər;
  • Görmə və ya eşitmə məhdudiyyətli sərnişinlər;
  • Hamiləlik dönəminin sonlarında olan qadınlar.


Böyük şəxsin iştirakı olmadan uşağa bilet alına bilərmi?

Bizim saytımızda yalnız uşaq üçün bilet əldə  edə bilmərsiniz. Satınalmanın həyata keçirilməsi zamanı sifarişin tərkibində, heç olmasa, bir böyük bilet olmalıdır.

• Artıq hazırlanmış və ödənmiş biletə başqa sərnişinin əlavə olunması mümkün deyildir.

• Yalnız uşaq üçün bilet almaq gərəkdiyi hallarda,zəhmət olmasa, şirkərimizin ofisinə yaxınlaşın.

Uşaq biletinin qiymətində endirimlər tətbiq olunurmu?

Uşaqlar üçün bilet alınması zamanı demək olar ki, bütün aviaşirkətlər bəzən 50-60%-ə çatan endirimlər təklif edir.

Uyğun reysin seçilməsindən sonra rəsmiləşdirmə səhifəsində 1 böyük sərnişin biletinin qiymətindən əlavə, 2 yaşına qədər (oturacaqsız) və 12 yaşına qədər (oturacaqlı) uşaqlara uyğun biletlər və digər sərnişinlərin əlavəsi üçün  daha çox imkanlar göstərilir.

Bu halda diqqətli olun ki, əgər uşaq 2 yaşını tamamlamış, lakin ona 2 yaşa qədər kateqoriyasından bilet alınmışdırsa, o zaman bu bilet əhəmiyyətsiz hesab olunacaqdır. Eyni qayda 12 yaşa qədər uşaqlar üçün tətbiq olunan biletlərə də keçərlidir.

Xahiş edirik, bu qaydaları oxuyun və biletləri alarkən uşağın yaşını yola düşmə vaxtı üçün qədər nəzərə alın.

2 yaşa qədər uşaqlara yerli (oturacaqlı)  bilet əldə etmək üçün 12 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş bilet almalısınız.


Viza rejimi

 

Hər bir dövlətin viza alma və dövlət sərhəddini keçmə şərtləri (qaydaları) bir-birindən fərqlənir. Bəzi dövlətlərdə viza alınması prosesi hava limanına çatanda və ya dövlət sərhədini keçən anda həyata keçirilir. Ümumiyyətlə isə hər hansı ölkəyə daxil olmağın ən geniş istifadə olunan üsulu viza rejimidir.

Aviabiletlərin sifarişi və ya satınalmasının həyata keçirilməsindən öncə səyahət etmək istədiyiniz və tranzit ölkələrin qaydaları ilə tanış olmağınız və sənədlərinizin və vizanın qaydasında olmasından əmin olmağınız məsləhətdir. Daha ətraflı məlumat üçün http://www.iatatravelcentre.com/ saytında maraqlandığınız dövlətin xarici işlər nazirliyi səhifəsindəki məlumatlarla tanış olmaq tövsiyə olunur.

 

sti-mail__feedback__title

sti-mail__feedback__title_secondary