Yuxarı Aşağı
dəyişmək Azərbaycan dili
dəyişmək currency_
Bağla
Phone +99412 498 08 80
Sifarişi yoxla Qeydiyyat
Валюта поиска и оплаты
EUR
currency_EUR
USD
currency_USD
RUB
currency_RUB
AZN
Azərbaycan manatı

Azərbaycan

Azərbaycanda Turizm

Zəngin tarixi, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Əl dəyməmiş təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan – naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır.

Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanın ərazisindədir. Ölkəmizin iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycana ekoloji turların təşkili çox geniş yayılmışdır, bunlara təbii qoruqlara gedilməsi,   trekkinq və  alpinist marşrutları daxildir. Günorta çağı qum çimərlikləri dayvinq üçün  çox əlverişlidir, dənizdə çimmək mövsümü mayda başlanır. 
Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəkdir.

Təfərrüatı

Turist axını ildən-ilə artır (2011-ci ildə rəsmi göstəricilərə görə Azərbaycana rekord həddə – 2.2 mln-dan çox xarici vətəndaş təşrif gətirmişdi), odur ki, paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilmişdir. Hal-hazırda onların sayı artıq 500-ü ötmüşdür. 
Şəhərin ən məşhur brend şəbəkəli mehmanxanalarından aşağıdakıları göstərmək olar – Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Grand Hotel Europe, Hilton Baku, Kempinski Hotel Badamdar və s. 

Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, Qusar rayonundakı möhtəşəm «Şahdağ» qış-yay turist kompleksini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini və digərlərini  göstərmək olar.
Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin üstün vəzifələrindən birinə çevrildiyinə və qarşıda ölkənin iqtisadi inkişafına böyük perspektivlər açdığına dəlalət edir.

Bizim əcdadlarımızın ölkəsi sirli uzaq Çin ilə ziynət əşyalarına ehtiyacı olan zəngin Avropa arasında qızıl qapı rolunu oynayırdı. Ona görə də qədim İpək yolunun üstündəki zəncirin bu əsas  «aşırımına» belə diqqət yetirilirdi. Həmin zamanlarda əsas karvan yollarının salınması  təkcə qida və suyun olmasından asılı olmurdu.  Karvan yolları, bir qayda olaraq, elə ölkələrdən keçirdi ki,  orada səyahətçilər və tacirlər kifayət qədər yüksək mədəniyyət görmüş, müharibə və tayfalararası nifaq olmamış və  yerli əhali ticarət əlaqələrinə can atmış olsun.  Bütün bu keyfiyyətlər də Azərbaycan əhalisinə xas olan xüsusiyyətlərdir. Onun əməksevər, istedadlı sənətkarları isə xarici tacirlərə bir çox faydalı mallar təklif edə bilirdilər. Bunlara misal olaraq zərif ziynət əşyalarını, nəfəs və simli çalğı alətlərini, qiymətli silahları, dəbdəbəli, çox qiymətli xalçaları və əlbəttə yerli rəngarəng  ipək parçaları göstərmək olar. Bəs təbii sərvətlər? Tacirlər Avropaya buradan neft, qiymətli daşlar, duz, civə, zəy, yun, pambıq, mineral boyalar, farmakoloji dava-dərman və bir çox başqa şeylər aparırdılar. Yerli mis məmulatlar: qab-qacaq, şamdanlar, astronomiya cihazları böyük şöhrət qazanmışdı. Yeri gəlmişkən, təcrübəli ustaların ənənələri əsrlərdən keçib müasir dövrə qədər gəlib çıxmışdır – hal-hazırda Azərbaycanın dağ kəndi olan Lahıcda qədim sülalələrin sirlərindən istifadə etməklə  hələ də əntiqə miss əşyalar düzəldilməkdədir. Turistlər “oriental” səpgisində düzəldilmiş bu əşyaları həvəslə alırlar. Turistlərin çoxu əl işi olan xalçaları, naxışla işlənmiş kəmərləri, zərbafta ilə  işlənmiş malları, kələğayıları, taxta memarlıq nümunələrini, Azərbaycan rəssamının milli səpgidə çəkdiyi şəkilləri və i.a. almağı sərfəli alver hesab edirlər. Bütün bu incəsənət əsərləri xaricdə mütəxəssislər və zərif şərq ziynət əşyaları həvəskarları tərəfindən yüksək qiymətləndirilir.
Hal-hazırda respublika TRASEKA proqramı çərçivəsində qədim ticarət əlaqələrini  canlandırmaqla Çini Fransa ilə birləşdirmək üçün tarixi transkontinental Böyük İpək Yolu marşrutunu bərpa etmək layihəsində iştirak edir.

 Azərbaycan coğrafiyası

Azərbaycan Zaqafqaziya regionunun cənub-şərqində, Asiyanın qərbində yerləşir. Azərbaycan şimaldan – Rusiya ilə, şimal-qərbdən – Gürcüstan ilə, cənubdan – İranla, qərbdən – Ermənistan ilə, uzaq cənub-qərbdən Türkiyə ilə  həmsərhəddir. Şərqdə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ərazisinin sahəsi – 86,6 min kv. km-dir. Qitə hissəsindən savayı onun sahəsinə Xəzər dənizində olan bir neçə kiçik  adalar da daxildir (Bakı və  Abşeron arxipelağı).

Azərbaycanın ərazisində relyefin bütün növlərini: həm dağları, həm ovalıqları, həm düzənlikləri, həm də  çökəklikləri görmək olar. Azərbaycanın demək olar, yarısını dağlar tutmuşdur: şimalda Böyük Qafqaz sıra dağları, cənub-qərbdə Kiçik Qafqaz sıra dağları ucalır. Ölkənin ən yüksək  nöqtəsi – Baş və ya Suayrıcı sıra dağlarında yerləşən Bazardüzü (4 466 m) dağıdır. Ölkənin mərkəzi hissəsində Kür-Araz ovalığı, cənub-şərqində isə – Lənkəran ovalığı yerləşir.

Ölkədə yerin təkində neft, dəmir filizi, əlvan metal  ehtiyatları vardır. Azərbaycanın dağları sıx meşələrlə örtülüdür. Azərbaycan torpağının əsil bəzəyi onun dağ gölləridir. Batabat, Migel, Maralgöl, Göygöl kimi göllər özünəməxsus bənzərsiz gözəlliyə malikdir. 1000-ə yaxın mineral qaynaqlar aşkar edilmişdir, onlardan ən məşhurları – Badamlı, İstisu, Sirabdır.

Azərbaycanın fauna və florası da zəngin və müxtəlifdir.  Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u respublikada müşahidə olunur.

Milli qoruqlar

Ölkənin təbiəti çox zəngindir. Onun ərazisində kaynozoy erasının abidəsi olan nadir meşələr qalmışdır. Onlara daha dünyanın heç bir yerində rast gəlinmir. Ona görə də, qəribə deyil ki, hökumət özünün bir çox  təbiətin mühafizəsi ərazilərini yaradır və onları qoruyur. Qızılağac, Zaqatala, Şirvan kimi qoruqlar beynəlxalq əhəmiyyətə  malikdir. Girkan Milli parkı Talış meşələrində və Lənkəran ovalıqlarında relikt bitkilərini qoruyur. Turyançay  qoruğunun yaradılmasının əsas məqsədi – Bozdağın arid meşələr landşaftları kompleksinin saxlanılması və bərpasıdır. Böyük Qafqazın cənub yamacındakı təbiət kompleksləri İsmayıllı qoruğunu mühafizə edir, dünyanın ən gözəl göllərindən biri olan Göygöl və onu əhatə edən Kiçik Qafqazın təbii kompleksləri Göygöl qoruğunu mühafizə edir. Ağgöl, Bəsitçay, Qarayaz, Pirquli qoruqları da böyük maraq doğurur. Azərbaycanda ümumən 13 təbii qoruq və 18 müvəqqəti qoruq vardır.

Fauna


Azərbaycanın heyvanat aləmi də çox müxtəlifdir və təxminən  12 min  növ heyvan vardır. Meşələrdə ayı, canavar, maral, bəbir, qaban yaşayır. Quru zonalarda çoxlu miqdarda kərtənkələ, zəhərli ilan və digər sürünənlər, habelə dovşanlar, canavarlar, tülkülər olur. Kür və Araz ovalıqlarında vəhşi qabanlar, cüyürlər, porsuqlar, çaqqallar olur. İri heyvanlardan burada ceyranlar yaşayır. Dağıstan dağ keçisinə, köpkərə rast gəlmək olur. Xəzər dənizinin dayazlıqlarında müxtəlif quş aləminə– qırqovula, kəkliyə, tetra quşuna rast gəlinir. Quşların çoxu – ördəklər, qazlar, qu quşları,  vağlar, qızılqazlar, qutanlar, qarabatdaqlar qışlamaq üçün uçub bura gəlirlər.

İxtiofauna

Respublikanın şirin sularında və Xəzər dənizində 30 cinsdən olan  balıqların tutulmasına icazə verilir. Onların çoxu Kürdə və digər su hövzələrində tutulur. Ən qiymətli balıq növləri – qızılbalıq, nərə balığı,  ağbalıq, xəşəm, şamaya və ilanbalığıdır. Bunlardan başqa, çapaq balığı, sazan və digərləri də olur. Respublikanın balıq zavodlarında və müxtəlif növ balıq yetişdirilən təsərrüfatlarda hal-hazırda   20 mln.-a yaxın nərə balığı, 600 min qızılbalıq və 800 mln.-dan çox çapaq balığı, sazan və digər balıq növləri yetişdirilərək dənizə buraxılır.

Flora

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada  4500-dən çox bitki növləri yayılmışdır, o cümlədən 200 endemik növlər vardır ki, bunların da arasında nadir və kökü kəsilən növlərə rast gəlinir. Azərbaycanın ərazisində genişyarpaqlı meşələr, qarışıq meşələr, tuqay meşələri, həmişəyaşıl bitki əkinləri, subalp seyrək meşələri, alp çəmənlikləri (dağlarda) vardır.

İqlimi

Ölkə hüdudlarında iqlimin 9 növünə, quru və rütubətli subtropik iqlimdən tutmuş dağ tundra (yüksək dağlıq) iqliminə qədər  rast gəlinir.Orta illik temperatur ovalıqlarda +15° S-dən dağlarda 0° S –dək dəyişir. İyul ayında orta temperatur ovalıqlarda  +26° S-dən (ən çoxu +32-35 °C, lakin bəzən +40 °C-dək çatır) dağlarda +5° S-dək, yanvar ayında orta temperatur müvafiq olaraq +3° C-dən +10° C-dək olur. 
Yay quru keçir. Payızda və yazda yağışlar yağır. İllik  yağıntı Abşeronda 200 mm-dən Lənkəran ovalığında 1200-1700 mm-dək olur. Əsasən payızda çox vaxt güclü şimal küləkləri əsir.

Çaylar


Azərbaycanın bütün çayları Xəzər dənizinə tökülür. Azərbaycanda 1 250-dək xırda çaylar  vardır. Çayların çoxu Qafqazın ən iri çayı olan  Kür çayı (uzunluğu 1515 km, sahəsi - 188 min kv.km). hövzəsinə aiddir. Onların bəziləri birbaşa Kürə, digərləri onun  ən iri qolu olan Araz çayına – Azərbaycanın ikinci iri çayı (uzunluğu 1072 km), üçüncüləri birbaşa Xəzər dənizinə tökülür. Kür çayının üstündə Mingəçevir SES və Mingəçevir su hövzəsi (605 kv. km) tikilmişdir.

Gölləri


Respublikada  250 göl vardır, onların çoxu kiçik göllərdir, ən böyük göl Hacıqabul (sahəsi 15,5 kv. km) gölüdür. Ondan bir az kiçik göl Böyükşor (10 kv.m.) gölüdür.  Murovdağ sıra dağlarının şimal-şərq yamacında bir sıra  gözəl mənzərəli göllər vardır, onlardan ən gözəli bütün Qafqazda tayı-bərabəri olmayan Göygöldür. 

Milli mətbəx

Azərbaycan mətbəxi lap qədimlərdən həm Şərqdə, həm də Avropada böyük şöhrət qazanmışdır. Məşhur tarixçilərin və səyahətçilərin qədim yazılı mənbələrində bunlara rast gəlmək olur.

Azərbaycanda xörəklərin reseptlərinin yaradılması tarixi əsrlərin dərinliklərinə gedib çıxır, əslən aşpaz olan sülalələrin təcrübəsinə  əsaslanır və hal-hazırda da qorunub saxlanılır.

Əbəs yerə deyil ki, ölkəmiz uzunömürlülər diyarı kimi şöhrət qazanmışdır. Alimlər bu fenomeni əlverişli iqlim, düzgün həyat tərzi, ekoloji cəhətdən təmiz məhsullar və düzgün qidalanma prinsipləri ilə izah edirlər.  Dünyanın bir çox ölkələrindən gələn kulinariya qurmanlarını da Azərbaycan mətbəxinin nəfisliyi və xörəklərinin    zərif ətri valeh edir.

Bu mətbəx bənzərsizdir və kulinariya texnikası spesifikasına və milli koloritə malikdir, bu da özünü Azərbaycan qonaqlığı ənənələrində büruzə verir. Xörəklərin tərkibinə və çoxsaylı olmasına görə o, çox müxtəlif, sağlamlıq üçün faydalı mətbəxlərə aiddir, ətirli göyərti və zərif ədviyyələrlə tamamlanan hər cür  ət, balıq və tərəvəz  xörəklərinin bolluğu ilə fərqlənir. Ənənəvi Azərbaycan mətbəxi orijinal və təkrarsızdır, onları digər milli mətbəxlərin xörəkləri ilə qarışıq salmaq olmaz.

Bu, sirr deyil ki, Azərbaycanın kulinariya sənəti hər yerdə daima rəğbətlə qarşılanır. Məhz Azərbaycan mətbəxinə aid xörəklər – dolma, bozbaş, bozartma, çığırtma, xəşil, kabab, piti, plov, qovurma – Qafqazın bir çox xalqlarının milli menyusuna daxil edilmişdir.

Azərbaycanın istənilən guşəsində sizi böyük həvəslə  bol qonaqlıq süfrəsinə, ya da əsil təamlar bolluğuna dəvət edərək «Nuş olsun!» deyəcəklər. Bu səmimi arzuları siz müxtəlif adamlardan daima eşidəcəksiniz.

Mədəniyyət

Təsviri İncəsənət


Azərbaycanın ilk təsviri incəsənət abidələrinə, sözsüz ki,  Abşeron yarımadasının  bir vilayəti olan Qobustanın qayaüstü rəsmlərini aid etmək olar.

Azərbaycanın müasir bədii yaradıcılığı XX əsrin başlanğıcına təsadüf edir. Səttər Bəhlulzadənin, Tahir Salahovun, Toğrul Nərimanbəyovun, Bəhruz Kəngərlinin, Əzim Əzimzadənin, Nadir Əbdürrəhmanovun və bir sıra gənc rəssamların əsərlərinə realizm, ifadəli kolorit, «tanınmaq» və aktuallıq xasdır. Rəssamlığın ənənəvi texnikasından başqa, çox vaxt alternativ texnikadan da istifadə olunur. Belə ki, müasir rəssam Sabir Çopuroğlu çox qəribə texnika yaratmışdır – o öz əsərlərini neftlə çəkir, Pərvanə Əyyubova isə dəridən şəkillər yaradır. 
Ölkənin paytaxtında və iri şəhərlərində daima sərgilər təşkil edilir, şəkil qalereyaları, muzeylər  fəaliyyət göstərir, uşaqların yaradıcılığına böyük diqqət yetirilir.

Belə ki, müasir Azərbaycan incəsənətinin ekspozisiyası Azərbaycan Dövlət İncəsənət muzeyində yerləşir və Azərbaycanın  XX əsrin 30-90-cı illərinin rəssamlıq, heykəltaraşlıq, qrafika, bədii-tətbiqi incəsənətini  təmsil edir. Azərbaycanın Milli incəsənət muzeyinin zəngin  kolleksiyası keçmişin bədii abidələrinə yeni gözlə baxmaq və müasir incəsənətin xüsusiyyətlərini özü üçün yenidən açmaq imkanı verir. 
Azərbaycan rəssamlarının müasir  rəssamlıq əsərləri və qrafikaları Bakı müasir incəsənət muzeyində, dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarda saxlanılır. A. və V. Şəmsiyevlərin, İ. Məmmədovun, Z. Əliyevanın, D. Kərimovun, O. və V. Ağababayevlərin, U. və E. Haqverdiyevlərin, E. və M. Babayevlərin, R. və S. Verdiyevlərin, R. Kerimovun,E. və D. Haşımovların, N. və A. İbrahimovların, R. Mehdiyevin, B. Maratlının, A. və S. Səmədovların, A. Sadıqzadənin və digər rəssamların əsərləri bizi yenidən sevindirir.

Xalq-tətbiqi İncəsənəti

Qədimlərdə bazar günləri Azərbaycanın xalça satan  tacirləri öz mallarını bazar meydanının ortasına çıxarıb yeni xalçaları düz yerə sərirdilər. Atlar, eşşəklər onu tapdalayır, çoxlu tacirlər və alıcılar onun üstündən keçib gedirdilər. Tacirlər isə fəxrlə deyirdilər: bizim xalçalarımız kimi yüksək keyfiyyəti mallar yoxdur! Bu reklam fəndi əməli xeyir də verirdi – sıx, kobud xov yatır, xalça isə yumşaq və zərif olurdu. Azərbaycanda xalça toxuculuğu həmişə ən mühüm milli sənətlərdən biri olmuşdur, o ən yüksək peşəkarlıq səviyyəsinə kimi yüksəldilmişdi. Bu tətbiqi incəsənətin başlıca mərkəzləri  Quba, Şamaxı və Bakı, Gəncə, Qarabağ idi. Azərbaycan xalçaları dünya miqyasında şöhrət qazanmışdı, hətta İntibah dövrünün rəssamları (X.Xolbeyn və s.) onu öz əsərlərində təsvir etmişdilər. Təmiz yundan və yüzlərlə (!) çalarları olan  təbii rənglərdən istifadə etməklə hazırlanmış mürəkkəb naxışlı xalçaların dəyəri çox yüksək idi, axı onların hazırlanmasına neçə-neçə illərin əməyi, böyük təcrübə və səbir sərf olunurdu. Odur ki, hər bir azərbaycanlı ailəsində ənənəvi olaraq xalça həmişə göz qabağında olurdu: onu yerə sərir, divara vurur, qızlara cehiz verir və miras qoyurdular.

Hazırda Qərb ölkələrində Azərbaycan və İran xalçaları  “oriental” üslubu dəbdə olduğu üçün xüsusilə qiymətləndirilir. Hal-hazırda da  yerli və xarici mütəxəssislər və kolleksionerlər qədim Azərbaycan xalçalarını, çuvalları və xurcunları, şalları, yaylıqları, zərbafta və muncuqla işlənmiş əl işlərini  axtarıb tapır və yığıb saxlayırlar. Xalça muzeyi daima turistlərin diqqətini cəlb edir.

Xalq arasında lap qədim zamanlardan metal məmulat – mis qab-qacaq, zərblə işlənmiş və  oyma naxışlarla bəzədilmiş xəncərlər, dəmirçilik əşyaları böyük şöhrət qazanmışdı. Qızıldan və gümüşdən hazırlanmış, əlvan daşlarla bəzədilmiş və rəngli mina ilə  naxışlanmış  ziynət əşyalarının – boyunbağıların, kəmərlərin, üzüklərin, qolbaqların, Avropa və Rusiya bazarlarında böyük marağa səbəb olan  kişi geyimləri bəzəyinin və  digər əşyaların  tayı-bərabəri yox idi.  Taxta üzrə həkkaklar öz aralarında qeyri-rəsmi yarışlar təşkil edirdilər, onların qələbəsinin rəhni nəfis texnika, detalların gerçəkliyi, təbii rəsmlərin mürəkkəbliyi və qiymətli taxtanın keyfiyyəti  olurdu. 
Daş üzrə həkkaklar, divarların və günbəzlərin  bədii rəngkarlığı üzrə peşəkarlar, yapma naxış və böyük mənzərəli pannolar yaratmış mozaika  ustaları da taxta həkkaklarla  rəqabətə girirdilər.

Memarlıq və tikinti

Bakı metro stansiyalarının biri memar Əcəminin adını daşıyır. Bu, Azərbaycan xalqının öz istedadlı əcdadlarından birinə  verdiyi qiymətdir.  Əbubəkir oğlu Əcəmi  XII əsrdə yaşamışdır, o, Naxçıvan memarlıq məktəbinin parlaq nümayəndəsi idi. Onun yaratdığı Möminəxatun məqbərəsi haqlı olaraq Azərbaycan memarlığının ən görkəmli əsərlərindən biri sayılır. Səkkiz yüz ildən çoxdur ki, bu iyirmi beş metrəlik onbucaqlı daş məqbərə özünün həkk olunmuş nəfis naxışları və təmtəraqlı keramikası ilə gözləri oxşayır. 

Azərbaycan torpaqlarını dəbdəbəli, çox gözəl memarlıq abidələri bəzəyir. Onlardan ən qədimləri min illərdən keçərək  bizə qədər gəlib çatmışdır – bunlar bürünc dövrünə məxsus siklopik müdafiə istehkamlarıdır. Onlar nəhəng, demək olar, emal edilməmiş daş bloklardan hörülür, araları isə xırda çay daşları ilə doldurulurdu.  Xalq arasında onları qalaça adlandırırdılar. Midiya sərdabələri və özünəməxsus od səcdəgahları da böyük maraq doğurur.

VII əsrdə Azərbaycana ərəblərin gəlməsi və islam dininin yayılması ilə ərazidə yeni tipli binalar: dekorativ naxışlarla bəzədilmiş məscidlər, mədrəsələr, məqbərələr meydana gəlməyə başladı. 
XV-XVI əsrlərdə Bakıda Şirvanşahların iqamətgahında feodal hökmdarın hədsiz hökmranlığının və sarsılmız gücünün şahidi ola biləcək  Azərbaycan memarlığının ən görkəmli abidəsi yaradıldı.   Hazırda tarixi-memarlıq kompleksi olan «Şirvanşahlar Sarayı» dünya xalqlarının memarlıq irsinin qızıl fonduna daxil edilmişdir. 
XX əsrin əvvəllərindən Bakı gözəl, təmtəraqlı görkəm almağa başladı. Neft hasilatının canlanması dövründə XX əsrin ilk illərində tikilmiş binaların arxitekturasında əsas yeri tutan modern üslubu mavritan, roma, qotik elementlərlə tamamlanırdı. Əhali isə əsasən hündür olmayan ikimərtəbəli və həyətində mütləq çörək bişirmək üçün təndir və su quyusu olan  binalara üstünlük verirdi.

Hazırda Azərbaycan evlərin tikilməsində fərdiliyə üstünlük verir. Hər kəs öz xəyalına və maddi imkanlarına arxalanaraq ev tikir. Gör bir necə yaxşıdır – özünə elə bir ev tikəsən ki, heç kiminkinə oxşamasın. Son illər Azərbaycanda tikinti sahəsi   yenidən canlanmağa başlamışdır. Tikinti sahəsinə qoyulan  sərmayələr   ildən-ilə artır. Respublikada 12 tikinti-layihə institutu: Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xüsusi layihə-smeta bürosu və başqaları  fəaliyyət göstərir. Paytaxtda və regionlarda müasir çoxmərtəbəli yaşayış kompleksləri, ticarət və biznes-mərkəzləri, təmtəraqlı otellər, yol ayrıcları və körpülər tikilir.  Khazar Islands adı altında Xəzər dənizində salınacaq süni adalar layihəsi də böyük şöhrət qazanmışdır. Burada bir neçə mikrorayon salınacaq və dünyada ən hündür göydələn – Azerbaijan Tower ucaldılacaqdır.


sti-mail__feedback__title

sti-mail__feedback__title_secondary