Scholar Card - Məktəbli vəsiqəsi

Məktəblilər üçün xüsusi olaraq YUNESKO-nun himayəsi altında Beynəlxalq Tələbə Səyyahlar Konfederasiyası tərəfindən ISIC Scholar vəsiqəsi təsis edilmişdi. İSİC Scholar vəsiqəsinin funksiyası İSİC tələbə vəsiqəsi ilə eynidir.

ISIC Scholar kartı ilə Siz aşağıdakıları edə bilərsiniz:

Ölkə daxilində və onun hüdudlarından kənarda güzəştlərdən istifadə etmək
Dünyanın 119 ölkəsində məktəbli statusunu təsdiq etmək
Aviabiletlər üzrə güzəşt əldə etmək və səyahət etmək
Adi tariflərdən 80% aşağı tariflər üzrə İSİConnect beynəlxalq telefon rabitəsinin xidmətlərindən istifadə etmək.
ISIC Scholar kartını rəsmiləşdirmək üçün aşağıdakıları təqdim etmək lazımdır:

Məktəbdən arayış
Şəxsiyyəti təsdiq edən sənəd
3/4 ölçüdə 2 rəngli fotoşəkil
9 AZN
ISIC Scholar kartının etibarlılıq müddəti:

Rəsmiləşdirmə anından növbəti ilin 1-ci semestrinin sonunadək.

Rəsmiləşdirmə
Etibarlılıq müddəti

Sentyabrın 1-dən dekabrın 31-dək
Növbəti ilin dekabrın 31-dək

Yanvarın 1-dən avqustun 31-dək
Bu ilin dekabrın 31-dək


Bizim ən yaxşı təkliflərimiz!