ISIC nədir?
· ISIC - tələbələr üçün beynəlxalq güzəşt və bonuslar kartıdır
· ISIC - tələbənin beynəlxalq vəsiqəsidir
ISIC 1968-ci ildə YUNESKO-nun himayəsi altında Beynəlxalq Tələbə Səyyahlar Konfederasiyası tərəfindən təsis edilmişdi. Hazırda dünyanın 119 ölkəsində fəaliyyət göstərir.
Həmçinin gənclər üçün ITYC, müəllimlər üçün ITIC və məktəblilər üçün ISIC Scholar güzəşt kartları mövcuddur.
ISIC kartı ilə Siz aşağıdakıları edə bilərsiniz:
Ölkənin daxilində və onun hüdudlarından kənarda güzəştlərdən istifadə etmək
Tələbənin statusunu dünyanın 119 ölkəsində təsdiq etmək
Aviabiletlər üzrə güzəşt əldə etmək və səyahət etmək
Adi tariflərdən 80% aşağı tariflər üzrə ISIConnect beynəlxalq telefon rabitəsinin xidmətlərindən istifadə etmək
ISIC kartını kim rəsmiləşdirə bilər?
ISIC vəsiqəsinin sahibi əyani təhsil alan və yaşı 12-dən yuxarı olan (yuxarı sinif şagirdləri, tələbələr, aspirantlar və s.) hər kəs ola bilər.
ISIC kartını rəsmiləşdirmək üçün aşağıdakıları təqdim etmək lazımdır:
Tələbə bileti
Şəxsiyyət vəsiqəsi
3/4 ölçüdə 2 rəngli fotoşəkil
9 AZN
ISIC kartının etibarlılıq müddəti:
Rəsmiləşdirmə anından növbəti ilin 1-ci semestrinin sonunadək.























