XARİCDƏ TƏHSİL PROQRAMLARI
Zəhmət olmasa, bizim Xaricdə Təhsil Proqramlarımız siyahısından aşağıdakı düymələrdən istifadə etməklə seçim edin.
A-SƏVİYYƏSİ
A-Səviyyə Britaniyanın ən yaxşı universitetlərində təhsil almaq üçün sizin pasportunuzdur. Onlar sizin Tibb fakültələri daxil olmaqla ən tələb olunan və rəqabətli dərəcə kurslarında təhsil almaq arzunuzu reallığa çevirəcəklər. A-səviyyəsi Britaniyanın dövlət universitetinə qəbul imtahanı - bütün dünyada tanınan "qızıl standart" ixtisaslaşması deməkdir.
Universitetə qəbul olmaq üçün "qızıl standart" ixtisaslaşması
A-Səviyyəyə hazırlıq çox vaxt xüsusi məktəblərdə həyata keçirilir və onu başa çatdırmaq üçün iki il lazım gəlir.
A-Səviyyələrində uğur qazanmaq üçün tələbələrin yüksək səviyyədə ingilis dilinə yiyələnmələri vacibdir. Rəsmi dil bacarıqlarına malik olmaqdan başqa tələbələrin daha geniş spektrli bacarıqlara malik olmaları və Britaniyanın təhsil mədəniyyətini dərindən anlamaları lazımdır. A-Səviyyəsi təhsilinə hazırlıq sizin uzunmüddətli təhsil məqsədlərinizin yerinə yetirilməsində əsas və birinci addımdır.
Öz peşələrinin mahir biliciləri olan təhsil mütəxəssisləri tərəfindən yüksək-səviyyəli tədris
A-Səviyyəsində dərs deyən müəllim beynəlxalq tələbələrə səmərəli şəkildə bilgi aşılamaq üçün illər uzunu əldə etdiyi mütəxəssis təcrübəsi bacarıqlarından istifadə edir.
Diqqəti cəmləşdirmək üçün kiçik siniflər
A-Səviyyəsi siniflərində orta hesabla on tələbə təhsil alır. Bu, akademik potensialınızı artırmaq üçün diqqətinizi cəmləşdirməyə yardım edir.
Təhsil fənlərinin ən geniş seçimi
A-Səviyyələri diqqətinizi seçdiyiniz dərəcə üzrə sizə lazım olan xüsusi akademik sahələrə yönəltməyə imkan verən fənlərin hərtərəfli seçimi ilə təmin edir.
Bu kimlər üçün nəzərdə tutulur?
IELTS 5.5 bal toplamış, 9-cu və ya 11-ci siniflərdə oxuyan 15+ yaşlı ali məktəb tələbələri.
Kursun davamiyyət müddəti
İki il
Başlanğıc tarixləri
Sentyabr, yanvar və aprel ayları
Yerləşdiyi yer
Böyük Britaniya (Brayton, Kembric, London və Oksford)
ORTA TƏHSİL HAQQINDA ŞƏHADƏTNAMƏ (OTHŞ)
Əgər siz öz ölkənizdə ali məktəbi bitirməmişsinizsə və mümkün olduğu qədər tez bir zamanda universitetdən əvvəlki kursda təhsil almaq istəyirsinizsə, onda bu əla bir fikirdir. OTHŞ Britaniyada orta təhsilin birinci mərhələsində əsas imtahandır.
Fərdi surətdə tədris və nəzarət
Məktəb OTHŞ proqramı ərzində sizi ehtiyacınız olduğu şəxsi diqqətlə təmin edəcək, təhsil sahəsində qarşınıza qoyduğunuz məqsədlərə çatmaqda kömək edəcəkdir.
İngilis dili və Riyaziyyat üstəgəl digər fənlərin seçimi
OTHŞ proqramı sizin akademik məqsədlərinizdənasılı olaraq digər fənlərin seçimi ilə birgə Riyaziyyat və İngilis dili üzrə əsas fənlərdən ibarətdir. STI OTHŞ-də təhsil almaq üçün mümkün olan fənlərin geniş spektri seçimini etmək imkanı verir. Öz peşələrinin mahir biliciləri olan müəllimlər gələcəkdə uğur qazanmağınızı təmin etmək üçün ən yaxşı fənlər toplumunu seçməkdə sizə kömək edəcəklər. Əgər siz A-Səviyyəsində, yaxud BK universitetində xüsusi fənn üzrə təhsil almaq niyyətindəsinizsə, onda fənlərin müəyyən toplumunun seçilməsi sizin üçün xüsusi əhəmiyyət kəsb edir.
Biologiya, Biznesin Öyrənilməsi, Kimya, İngilis dili, Ədəbiyyat, Fransız dili, Coğrafiya, Tarix, İtalyan dili, Yapon dili, Riyaziyyat, Fotoqrafiya, Fizika, Təbii elmlər (Koordinasiyalı proqram), İspan dili
Gündəlik ev tapşırıqları və sizin hazırlıqlı olmanız üçün müntəzəm testlərin keçirilməsi
Sizin mümkün qədər tez bir zamanda irəliləyiş əldə etməniz üçün sizə gündəlik ev tapşırıqları veriləcək. Sizin hazırlıqlı olmanız və beləliklə də sizə lazım ola biləcək hər hansı əlavə köməkliyi müəyyən edə bilməniz üçün müntəzəm əsasla siz testdən keçiriləcəksiniz.
Bu kimlər üçün nəzərdə tutulur?
Ən azı IELTS 4.5 / TOEFL 450 bal toplamış, 14+ yaşlı ali məktəb tələbələri.
Kursun davamiyyət müddəti
Bir və ya iki il
Başlanğıc tarixləri
Sentyabr və ya yanvar
Sentyabr, yanvar və aprel ayları
Yerləşdiyi yer
Böyük Britaniya (Brayton, Kembric, London və Oksford)
HAZIRLIQ KURSU
HAZIRLIQ KURSU
Hazırlıq kursu analoqu olmayan, intensiv, birillik proqramdır ki, bu kursun uğurla başa çatdırılması ən yüksək mövqeyə malik universitetlərin seçimində zəmanətli universitet təhsili ilə təmin edir. A-Səviyyəsi tədris planına əsaslanaraq və sizin A-Səviyyəsi proqramını keçən müəllimləriniz tərəfindən tədris edilərək bu kurs yalnız universitetə daxil olmağı deyil, eləcə də uzunmüddətli universitet uğurunu və gələcək inkişafı təmin edir.
100% universitetə daxololma zəmanəti
Hazırlıq kursu tələb olunan standarta keçdikdən sonra bizim tərəfdaş universitetlərin birində dərəcə kursuna daxil olmaq zəmanəti verir.
Birillik intensive proqram
Hazırlıq proqramı ənənəvi A-Səviyyə ilə müqayisədə sürətli, təkmilləşmiş üç semestrli proqramdır və bu proqram sizin bütöv bir il əvvəldən dərəcə almağa başlamağınıza imkan verir.
Britaniyadakı ən yüksək 20 universitetdən 9-u və 30 universitetdən 18-i Hazırlıq kursunun tərəfdaşlarıdırlar
Bu proqram Zamanın Yaxşı Universitetləri reytinqində yer tutmuş bir neçə universitet olmaqla ən qabaqcıl universitetlərin ən geniş seçimini təqdim etməkdə yeganə proqramdır.
Yeddi tədris fənninin seçimi
Hazırlıq kursu hər biri konkret dərəcə fənlərinə uyğun diqqətlə işlənib hazırlanmış unikal tədris məzmununu təklif edən müxtəlif fənlər toplumunu təqdim edir.
Bu kimlər üçün nəzərdə tutulur?
Ən az IELTS/ TOEFL balı toplamış, 17+ yaşlı ali məktəb məzunları.
Bu kursa nə məqsədlə daxil olurlar?
Birbaşa Bakalavr dərəcələri proqramına nail olmaq üçün.
Başlanğıc Tarixləri
Yanvar, Aprel, İyun və Sentyabr
Kursun davamiyyət müddəti
9 ay
BAKALAVR DƏRƏCƏLƏRİ
BAKALAVR DƏRƏCƏSİ
Bakalavr dərəcəsi adətən ümumilikdə üç, dörd, yaxud bəzi hallarda və ölkələrdə beş və ya altı il davam edən kursa verilən ali təhsil dərəcəsidir. Yeni Britaniya sistemi və onun təsir etdiyi ölkələr olan Amerika, Kanada, İrlandiya, İordaniya, Malayziya, Malta, Şri Lanka, Sinqapur və Honq Konq sistemi üzrə baza universitet dərəcələri ya fərqlənmə olmayan diplomlar, ya da fərqlənmə diplomları kimi fərqləndirilirlər, sonuncu bəzən qısa yolla "(Hons") (Fərqlənmə) kimi də göstərilir. Fərqlənmə dərəcəsi ümumilikdə fərqlənmə olmayan diplomla müqayisədə ali təhsil standartı tələb edir.
STI Azerbaijan dayanaqlı şəkildə əmək bazarlarına yönəlmiş Bakalavr dərəcəsi proqramlarının geniş spektrini təklif edir və tələbələri karyeralara və perspektiv tədqiqatlara hazırlamaq üçün vaxtında güclü fundamental və əsaslı tədris planı ilə təmin etmək niyyətindədir. Tələbənin biliyini və bacarıqlarını daha da inkişaf etdirmək və onları xüsusi sahələrdə uğur qazanmaq üçün lazım olan əlavə diqqətlə təmin etmək üçün bizim bir sıra proqramlarımız konsentrasiyalar / spesifikasiyalar təklif edir.
Bu Universitetlər öyrətmə və öyrənməyə yardım etmək və onlara dəstək olmaq üçün həvəsləndirici mühitin təmin edilməsinə yüksək önəm verir. Təklif olunan Universitetlərdə öyrətmə və öyrənmə intellektual bacarıqları təmin edir və tələbələrin çətin və qeyri-müəyyən şəraitdən baş çıxarmaları üçün onlarda özünə inamı inkişaf etdirir və mövcud ortodoksları təhlil edir. Yüksək səviyyəli fənn üzrə xüsusi bacarıq və bilgilərin təmin edilməsinə əlavə olaraq bu cür tədris bütün yaşam boyu dəyərlərlə təmin edən "ötürülə bilən" bacarıqlar aşılayır.
Bu kimlər üçün nəzərdə tutulur?
Ən az IELTS 6.5 / TOEFL 577 bal toplamış, 18+ yaşlı ali məktəb məzunları.
Başlanğıc Tarixləri
Sentyabr və Yanvar (seçdiyiniz təhsil mərkəzindən asılı olaraq fərqlənir)
Kursun davamiyyət müddəti
3 il
MAGİSTR DƏRƏCƏLƏRİ
MAGİSTR DƏRƏCƏSİ
Magistr dərəcəsi təhsilin xüsusi sahəsinə və ya peşəkar təcrübə sahəsinə magistr səviyyəli və ya yüksək qaydada baxışı təmin edir. Magistr dərəcəsi proqramı məzunları nəzəri və tətbiqi mövzuların xüsusi hissəsinin təkmilləşmiş bilgisi daxil olmaqla bir sıra akademik və peşə bacarıqlarına; təhlil, tənqidi qiymətləndirmə və / və ya peşəkar tətbiqetmədə yüksək səviyyəli bacarıqlara; və mürəkkəb problemlərin həll edilməsi bacarığına və öyrədilən sahə daxilində dəqiq və müstəqil təfəkkürə malikdir.
Dərəcə almaq üçün bir sıra cığırlar mövcuddur ki, bu cığırlara daxil olmaqla təklif olunan sahədə daha yüksək dərəcə əldə etmək mümkündür. Magistr dərəcəsi adətən aspirantura səviyyəsində təklif olunur, baxmayaraq ki, bu dərəcə həmçinin baza universitet dərəcəsi kimi də təklif olunur. Bəzi universitet proqramları dörd və ya beş ildən sonra həm bakalavr, həm də magistr dərəcələri ilə təmin edir.
STI sizin magistr tələbinizi ödəmək üçün həmişə sizə xidmət etməyə hazırdır.
Magistr Dərəcələrinin növləri
Siz aşağıdakı Magistr Dərəcələrini əldə edə bilərsiniz:
Mühasibatlıq Uçotu Magistri Aviasiya Mühəndisliyi Magistri Tətbiqi Elmlər Magistri
Kənd Təsərrüfatı Magistri Humanitar Elmlər Magistri Humanitar Fənlər üzrə Magistr
Biznesin İdarə edilməsi Magistri Biznesin Tədqiqi Magistri Biznes və Mühəndislik Magistri
Biznes İnformatikası Magistri Kimya sahəsi üzrə Magistr Şəhər və Regional Planlaşdırma Magistri
Kommersiya Magistri Rabitə Magistri Kommunikasiya və Rəhbərlik Tədqiqatları Magistri
Kompüter Tətbiqetmələri Magistri Kompüter üzrə Magistr Gömrük İdarəçiliyi Magistri
Dizayn Magistri İlahiyyat Magistri İqtisadiyyat magistri
Təhsil Magistri Mühəndislik Magistri Layihələrin İdarə edilməsi Magistri
Müəssisə Magistri Avropa Hüququ Magistri Maliyyə Magistri
Təsviri İncəsənət Magistri Coğrafiya elmi üzrə Magistr Səhiyyə sahəsi üzrə Magistr
Səhiyyə Magistri İnsan Münasibətləri Magistri Tarix üzrə Magistr
İnformasiya Sistemləri Magistri Beynəlxalq Elmlər Magistri Jurnalistika Magistri
Hüquq Elmləri Magistri Hüquq və Biznes Magistri Hüquqşünaslıq Magistri
Humanitar Elmlər Magistri Kitabxana və İnformatika Magistri İdarəçilik Magistri
İdarəetmə Elmi üzrə Magistr Riyaziyyat elmi üzər Magistr Muzey Tədqiqatları Magistri
Musiqi Magistri Neyrobiologiya Magistri Tibbi personal üzrə Magistr
Əczaçılıq Magistri Fəlsəfə Magistri Fizika elmi üzrə Magistr
Peşəkar Tədqiqatlar Magistri Dövlət İdarəçiliyi Magistri İctimai Səhiyyə Magistri
Dövlət Siyasəti Magistri Daşınmaz Əmlakın İnkişafı Magistri Reabilitasiya üzrə Magistr
Tədqiqat magistri Dini Musiqi Magistri Təbii Elmlər Magistri
İctimai Elmlər Magistri İctimai Əmək Magistri İdman Magistri
Statistik Məlumatlar Magistri Təhsil sahəsi üzrə Magistr İlahiyyat Magistri
Şəhərsalma Magistri Baytarlıq Magistri
Bu kimlər üçün nəzərdə tutulur?
Ən az IELTS 6.5 / TOEFL 577 bal toplamış, 21+ yaşlı ali məktəb məzunları.
Başlanğıc Tarixləri
Sentyabr və yanvar (dəyişilə bilər)
Kursun davamiyyət müddəti
1 il
FƏLSƏFƏ DOKTORU (PhD)
Fəlsəfə Doktoru (PhD)
Ph.D. , yaxud latın dilində "fəlsəfə müəllimi" mənasını verən fəlsəfə doktoru (yaxud nadir hallarda, fəlsəfə doktoruna uyğun gələn D.Phil.) universitetlər tərəfindən verilən akademik dərəcədir. Bir çox ölkələrdə, lakin ingilis dilində danışan dünyanın bütün ölkələrində deyil, bu dərəcə qazanılan ən yüksək dərəcədir (lakin, BK, İrlandiya və bəzi Birlik ölkələrinin universitetləri tərəfindən verilən daha yüksək doktorluq dərəcələrinə baxın) və təbii və humanitar elmlər sahəsində geniş diapazonlu fənlər üzrə məzunlara təqdim edilir. Ph.D. əksər sahələr üzrə universitet professoru və ya elmi əməkdaşı kimi mövqe tutmaq üçün tələb kimi irəli sürülür.
PH.D. almaq üçün ətraflı tələblər dünya üzrə müxtəlifdir; buna baxmayaraq, çoxlu sayda ümumi faktorlar mövcuddur. Bəzi ölkələrdə (məsələn, ABŞ, Kanada, Danimarka) əksər universitetlər Ph.D. dərəcəsi almaq üçün kurs işi tələb edirlər. Bir çox başqa ölkələrdə isə (xüsusilə də, BK kimi baza universitet səviyyəsində ixtisaslaşmanın daha böyük dərəcəsini tələb edənlər) ümumilikdə bu cür şərt mövcud deyildir. Lakin, ayrı-ayrı universitet və ya fakültələr üçün magistr dərəcəsi olmayan tələbələr üçün analoji tələblər müəyyən etmək qeyri-adi hal deyildir.
Kurs işi tələb edən ölkələrdə səciyyəvi olaraq əyani şöbədə iki ildən üç ilədək minimal təhsil müddəti, yaxud da tezisin təqdim edilməsindən əvvəl keçilməli olan kredit saatları dəsti müəyyən edilir. Bu tələb adətən ekspertlər tərəfindən qiymətləndirilərək dərc edilən iş portfelini təqdim edən elmi heyət üçün istisna təşkil edir. Namizəddən, həmçinin onun ixtisasına uyğun gələn müəyyən sayda əlavə kursları uğurla bitirməsi tələb oluna bilər.
Namizəd, prinsipcə ekspertlər tərəfindən qiymətləndirilərək dərc edilməyə layiq olan orijinal elmi tədqiqata yararlı mövzudan ibarət olan mövzu və ya namizədlik dissertasiyası təqdim etməlidir. Bir çox ölkələrdə namizəd bu mövzunu universitet tərəfindən təyin olunmuş ekspertlər qrupunun qarşısında müdafiə etməlidir; digər ölkələrdə namizədlik dissertasiyası onun prinsip etibarı ilə qəbuledilən olub-olmamasını müəyyən edən ekspertlər qrupu tərəfindən yoxlanılır və dissertasiya qəbul edilməzdən əvvəl diqqətin yönəldilməsi tələb olunan məsələlər düzəldilir.
Prinsip etibarı ilə, universitet Ph.D. proqramına istənilən şəxsi qəbul etməkdə azaddırlar; lakin, təcrübədə qəbuletmə baza universiteti dərəcəsini ən azı ikinci dərəcəli fərqlənmə diplomu və ya aspiranturanın magistr dərəcəsi ilə uğurla başa vurmuş gələcək tələbə üçün şərti xarakter daşıyır.
Bundan əlavə, Avropa İttifaqı / Avropanın Azad Ticarət Assosiasiyası məkanından kənarda yaşayan ölkələrdən olan Ph.D. tələbələrdən Elmi Texnologiyanın Təsdiqi Sxeminə (ATAS) uyğun gəlmək tələb olunur ki, bu da təbabət, riyaziyyat və bir çox təbiət, mühəndis və maddi elmlər üzrə müəyyən kurslar üçün Xarici İşlər Nazirliyi ilə birgə təhlükəsizliyin yoxlanması prosesini özünə daxil edir. Bu tələb terrorizm və qanunsuz silahların yayılması ilə bağlı narahatlıq səbəbindən 2007-ci ildə irəli sürülmüşdür.
Bu kimlər üçün nəzərdə tutulur?
IELTS 6.5+/ TOEFL 600 bal ilə əksər sahələrdə universitet professoru və ya elmi işçisi karyerasına aspirantlar (təhsil sahəsindən asılı olaraq).
Başlanğıc Tarixləri:
İş boyu
Kursun davamiyyət müddəti:
3 il (əyani şöbə)
5-6 il (qiyabi şöbə)























