ÜMUMİ MƏLUMAT

BİRLƏŞMİŞ KRALLIĞIN TƏHSİL SİSTEMİ
        Birləşmiş Krallıqda təhsil sistemi dörd əsas hissəyə bölünür: ibtidai məktəb, orta məktəb, sonrakı təhsil və ali təhsil. Birləşmiş Krallıqdakı uşaqlar qanuni şəkildə ibtidai və orta təhsil almalıdırlar və bu təhsil 5 yaşından 16 yaşınadək davam edir. Birləşmiş Krallıqda təhsil sistemi aşağıdakılara bölünən "əsas mərhələlərdən" ibarətdir
• Əsas Mərhələ 1 - 5 yaşından 7 yaşınadək
• Əsas Mərhələ 2 - 7 yaşından 11 yaşınadək
• Əsas Mərhələ 3 - 11 yaşından 14 yaşınadək
• Əsas Mərhələ 4 - 14 yaşından 16 yaşınadək
        Ümumilikdə, əsas 1 -ci və 2-ci əsas mərhələlər ibtidai məktəb kimi götürülür və 11 yaşında şagird orta məktəbə keçir və 3-cü və 4-cü əsas mərhələləri bitirir.
        Hər mərhələnin sonunda şagirdlərin bilikləri qiymətləndirilir. Ən əhəmiyyətli qiymətləndirmə şagirdlər Orta Təhsil haqqında Şəhadətnamə aldıqları zaman 16 yaşında baş verir. Şagirdlər Orta Təhsil haqqında Şəhadətnaməni aldıqdan sonra onların sonradan təhsil almaq və sonra isə ali məktəbə girmək, yaxud da məktəbi qurtarmaq və iş fəaliyyətinə bağlamaq seçimləri olur.
Bizim Birləşmiş Krallığın təhsil sistemi haqqında ümumi məlumatımız beş əsas hissəyə bölünür:
İbtidai Təhsil:
        Birləşmiş Krallıqda ibtidai təhsil BK-da birinci və ikinci əsas mərhələləri əhatə etməklə 5 yaşında başlayır və 11 yaşınadək davam edir.
Orta Təhsil:
       11 yaşından 16 yaşınadək şagirdlər üçüncü və dördüncü mərhələlər üzrə orta məktəbə daxil olacaq və Orta Təhsil haqqında Şəhadətnamə almaq üçün öz təhsillərini davam etdirəcəklər - BK-da orta təhsil və onun nəyi əhatə etdiyi barədə daha çox şey öyrənin. BK-da ibtidai və orta təhsil məcburidir; 16 yaşından sonra isə təhsil seçim üzrədir.
Sonrakı Təhsil:
        Şagird orta təhsili başa vurduqdan sonra A-Səviyyələri, GNVQ's, BTEC's və ya digər bu cür ixtisaslara yiyələnmək üçün sonrakı təhsilini davam etdirmək imkanı vardır. BK-da kollecə və ya universitetə getməyi planlaşdıran şagirdlər sonrakı təhsili başa vurmalıdırlar.
Ali Təhsil:
        Bu sahədə ola bilsin ki, ən əhəmiyyətli mövzu sahəsi olmaqla bu, BK-dakı ali təhsil sistemi və onun beynəlxalq şagirdlər üçün səmərəsi barədə daha ətraflı məlumat verir. Beynəlxalq şagirdlərin əksəriyyəti vətənlərində BK-nın "sonrakı təhsilinə" ekvivalent olan təhsili başa vurduqdan sonra BK-da birbaşa ali təhsil sisteminə daxil olacaqlar.
Daxilolma Tələbləri:
BK-da təhsilin hər səviyyəsi müxtəlif tələblərə malikdir və həmin səviyyə üzrə daxilolma hüququ qazanmaq üçün tələblərə cavab verilməlidir - BK-da təhsil üzrə daxilolma tələbləri ilə daha ətraflı tanış olun.

BİRLƏŞMİŞ ŞTATLARIN TƏHSİL SİSTEMİ
Aşağıdakılar Amerikanın təhsil sisteminin qısa təsviridir:
İbtidai məktəb:
        Amerikalı uşaqlar məktəbə beş yaşında gedirlər. Məktəbdə birinci il bağça adlanır. Bu dövr bütün Amerikalı uşaqlardan Amerikanın təhsil sistemi ilə tanış olmağı tələb edir. Məktəbdə ikinci il ibtidai məktəbin birinci ilini nəzərdə tutur və birinci kimi qəbul edilir. Amerikada "grade" sözünün iki mənası vardır: (1) imtahan və ya kursda alınan qiymət və (2) ibtidai və ya orta məktəbdə təhsil ili. İbtidai məktəb başlıca olaraq və ümumilikdə beş təhsil ilindən ibarətdir və beşinci sinfədək (həmin sinif daxil olmaqla) dövrü əhatə edir.
Orta məktəb:
        Beşinci sinfi (ibtidai məktəbin sonuncu ili) bitirdikdən sonra Amerikalı uşaqlar orta məktəbdə təhsil almaq üçün Amerikanın təhsil sisteminə daxil edilirlər. Orta məktəb ümumilikdə yeddi il davam edir və altıncı sinifdən on ikinci sinfədək dövrü əhatə edir. Doqquzuncu sinifdən on ikinci sinfədək siniflər ümumilikdə ali məktəb kimi nəzərdə tutulur. On ikinci sinfin bitirdikdən sonra Amerikalı tələbələrə ali məktəb diplomu adlanan sertifikat verilir. Amerikanın təhsil sistemində tələblər kollecə və ya universitetə daxil olmazdan əvvəl ali məktəb diplomu almalıdırlar. Amerika kollecinə və ya universitetinə daxil olmaq arzusunda olan əcnəbi tələbələr Amerikanın ali məktəbində tədris edilənə bərabər olan kurs işini bitirməlidirlər. Amerikanın ali məktəbinə daxil olmaq istəyən əcnəbi tələbələr seçdikləri ali məktəbin ən yaxşı kolleclərə daxil olmalarına imkan verib-verməyəcəyini nəzərə almalıdırlar. Siz, həmçinin Amerikanın təhsil sistemində mövcud olan ən yaxşı qızlar üçün internat məktəbləri və oğlanlar üçün internat məktəbləri barədə də öyrənə bilərsiniz.

Baza təhsili verən məktəb:
        Ali məktəbi bitirmiş və kollec və ya universitetə daxil olmaq istəyən tələbələr baza təhsili verən məktəbə daxil olmalıdır. Bu, təhsilin konkret kursunda ya ikiillik dərəcə (kiçik mütəxəssis dərəcəsi adlanan), yaxud da dörd illik dərəcə (bakalavr dərəcəsi adlanan) təklif edən məktəblərdir. Təhsilin bu kursu əsas ixtisas kursu adlanır. Dördillik dərəcə təklif edən məktəblərin əksəriyyəti hələ əsas ixtisas kursu seçməmiş tələbələri qəbul etdiklərindən bütün tələbələrdən məktəbdə təhsil aldıqları ikinci ildə əsas ixtisas kursunu seçmək (yaxud bəyan etmək) tələb olunur. Kiçik mütəxəssis dərəcəsi ilə təhsilini başa vuran tələbələr öz təhsillərini dördillik məktəbdə davam etdirə və sonda bakalavr dərəcəsini başa vura bilərlər.

Aspirantura:
        Bakalavr dərəcəsi almış tələbələr dərəcələrin iki növündən birini yerinə yetirməklə öz təhsillərini davam etdirə bilərlər. Birincisi magistr dərəcəsidir. Bu adətən konkret sahə üzrə yüksək ixtisas verən ikiillik dərəcədir. Tələbələr bəzən yaxın əlaqəli sahə üzrə bakalavr dərəcəsinə malik olduqları zaman magistr dərəcəsi proqramına qəbul edilirlər. Lakin, bu baxımdan bəzi istisnalar mövcuddur, məsələn Biznesin İdarə Edilməsi sahəsində Magistr (MBA) dərəcəsi almaq istəyən tələbələrə bəzi güzəştlər edilir. Konkret sahə üzrə təhsillərini davam etdirmək istəyən tələbələr həmçinin Fəlsəfə Doktoru (PhD) adlanan doktorluq dərəcəsi müdafiə edə bilər. PhD dərəcəsini bitirmək üçün seçilmiş təhsil kursundan, tələbənin bacarığından və tələbənin seçmiş olduğu mövzudan asılı olaraq üç - altı il tələb olunur. PhD dərəcəsinə nail olmaq istəyən tələbələrdən və bəzən də magistr dərəcəsi almaq istəyən tələbələrdən həmişə mövzu üzərində işləmək tələb olunur (məktəbdən asılı olaraq). Təhsilin müəyyən kursları yalnız Amerikada aspirantura səviyyəsində mümkündür. Bunlardan ən məşhurları hüquq, stomatologiya və təbabət kurslarıdır. Bu sahələrdən biri üzrə dərəcə almaq istəyən tələbələr ilk əvvəl bakalavr dərəcəsi almalıdırlar.


Bizim ən yaxşı təkliflərimiz!